Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə  əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən 2018-ci il noyabrın 30-da Azərbaycan Dövlət Aqrar Universitetində “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcəkdir. Konfransda iştirak etmək və elmi məqalələr göndərmək üçün saytında qeydiyyatdan keçmək lazımdır. Konfrans Universitetin İnzibati binasında, akt zalında saat 11:00-da keçiriləcəkdir.