Məqalənin mətni 5-7 səhifə həcmində olmaqla 1 (bir) intervalla Arial, 12 ölçülü şriftlə yazılmalıdır. Məqalələr A4 formatında (210x297 mm) olmalı, kənar məsafələr: yuxandan 20 mm, asağıdan 20 mm, sol tərəf 30 mm, sağ tərəf 20 mm boş məsafə saxlanıl¬malıdır.

  • Məqalələrin həmmüəlliflərinin sayının dörd nəfərdən artıq olması arzu olunmur.
  • Məqalələr üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap oluna bilər.
  • Məqalələrin yazıldığı dil¬dən əlavə digər 2 dildə xülasəsi (200-300 söz) verilməlidir.
  • Məqalədə GİRİŞ, MATERİALLAR VƏ METODLAR, TƏDQİQATIN NƏTİCƏLƏRİ VƏ MÜZAKİRƏLƏR, YEKUN, ƏDƏBİYYAT bölmələri öz əksini tapmalıdır.
  • İstifadə edilmiş ədəbiyyat mətnin sonunda (xülasələrdən əvvəl) AAK-nın tələblərinə uyğun olaraq istinad ardıcıllığı ilə verilməlidir.
  • Elmi məqalədə son 10 ildə çap olunan əsərlərə istinad olunması tövsiyə edilir.
  • Bütün kəmiyyətlərin ölçüləri Beynəlxalq Ölçülər Sistemində (BS) verilməlidir.
  • Düsturlar və işarələr "Equation 3.0" redaktorunda yığılmalı, qrafiklər isə hər hansı komputer proqramında işlənmiş şəkildə təqdim edilməlidir.

Məqalənin adı

(Orta/Qara/Arial 12)

Müəlliflər

(Orta/Arial 12)

Təşkilat

(Orta/Kursiv/Arial 10)

Məsul (ulduzlu*) müəllifin e-maili

(orta/altından xətt çəkilmiş/Arial 11)

 

Mətn

(iki tərəf bərabər/ Arial 12)

 

  • Məqalənin tərtibi qaydalarının nümunəsini (standart şablon format, Ms.Word) aşağıda təqdim edirik.
  • Standartlara uyğun olmayan məqalələr konfrans materiallarına qəbul edilməyəcək. 
Məqalənin Nümunəsi (.DOC)
Məqalənin Nümunəsi (.DOCX)